UEFA Çempionlar Liqasının himni yenilənib. Ötən gün baş tutan pley-off qarşılaşmaları zamanı himnin yenilənmiş versiyası səsləndirilib.
Dəyişiklik melodiyanın instrumental və vokal hissəsi ilə bağlıdır.
2024/2025 mövsümündən etibarən Çempionlar Liqasında 36 komanda mübarizə aparacaq. Hər komanda qrup mərhələsində 8 oyun keçirəcək.





