İspaniyanın “Barselona” klubu fırıldaqçının “qurban”ı olub.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Cadena Cer” məlumat yayıb.

Kataloniya təmsilçisi özünü klubun hücumçusu Robert Levandovskinin agenti Pini Zahavi kimi təqdim edən fırıldaqçının hesabına 1 milyon avro köçürüb.

Amma əməliyyatı həyata keçirən bank tranzaksiyanı bloklayıb və vəsaiti geri qaytarıb.

Shares: