Futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Erat Düsseldorf “Fortuna”sının əsas heyətində debüt edib. Futbolinfo.az xəbər verir ki, yığmamızın üzvü Bundesliqa-2-nin 17-ci turu çərçivəsində keçirilmiş “Kayzerslautern”lə oyunun iştirakçısı olub.
 
Erat start heyətdə yer aldığı oyunun sonunadək meydanda olub. Qarşılaşma isə “Fortuna”nın 1:0 hesablı səfər qələbəsi ilə başa çatıb. Erat hücum xəttinin sağ cinahında göstərdiyi oyuna görə yüksək qiymət alıb.
 
Qeyd edək ki, Eratın komandası 22 xalla 12-ci pillədə qərarlaşıb.
Shares: