Digər idman növləri

Alkaras Parisdə qələbə ilə başladı

6aa4c088 1907 484f bc19 d74cdc39a560 - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

Parisdə keçiriilən “Masters” seriyalı turnirdə ilk mərhələnin oyunları geridə qalıb.

Yannik Sinnerin imtinasından sonra əsas favoritə çevrilən Karlos Alkaras Niklosa Xarrini məğlubiyyətə uğradıb. İlk setdə Çilidən olan tennisçi müqavimət göstərməyi bacarsa da, ikinci setdə rəqibinin qarşısını ala bilməyib – 5:7, 1:6.

İlk mərhələnin əsas sensasiyası kimi Kasper Ruudun Cordan Tompsona məğlubiyyətini qeyd etmək olar – 6:7, 6:3, 4:6.

Frensis Tiafo da Covanni Perikara məğlub olub. Lorenso Muzetti Yan Ştrufa, Hubert Hurkaç Aleks Mixelsenə, Matteo Berrettini isə Aleksey Popırinə uduzub.

Shares: