“Netflix” platforması “Böyük Dəbilqə” turnirlərinin dördqat qalibi, dünya reytinqinin üçüncüsü, 21 yaşlı ispan tennisçi Karlos Alkaras haqqında 2025-ci ilin birinci yarısında çıxacağı vəd edilən sənədli film serialından ilk kadrları nümayiş etdirib. Film “Karlos Alkaras: Mənim yolum” adı altında yayımlanacaq.
Qeyd edək ki, əsas titullardan əlavə, gənc Alkaras müxtəlif səviyyələrdə 12 ATP turniri tituluna malikdir.
Filmdə ispan tennisçinin həyat yolu, tennisə gəlişi və qazandığı titullardan bəhs ediləcək.


