Noyabrın 10-da İspaniya La Liqasının XIII turunda “Betis”lə oyun zamanı zədələnən “Barselona”nın ulduz futbolçusu Lionel Messinin yaşıl meydanlara qayıdacağı vaxt dəqiqləşib.  Futbolinfo.az xəbər verir ki, həkimlərin açıqlamasında 6-8 həftə futboldan uzaq qalacağı deyilən Messinin yanvarın ilk on günlüyündə heyətə qayıdacağı proqnozlaşdırılır.
 
Hazırda vətənində reabilitasiya kursu keçən təcrübəli forvard Argentina yığmasının həkimlərinin nəzarətilə fərdi proqramla məşq edir.
 
“Barselona”nın idman direktoru Andoni Subisarreta, komandanın həkimi Rikardo Pryuna və klubun texniki xidmətinin nümayəndəsi Pepe Kosta Messi ilə görüşmək üçün gələn həftə Argentinaya yola düşəcəklər.
Shares: