Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" – "Rəvan" oyunu qonaqlar üçün təkcə məğlubiyyətlə yox, həm də aparıcı futbolçularından birinin zədələnməsi ilə yadda qaldı. Futbolinfo.az xəbər verir ki, matçın 43 dəqiqəsində zədələnib meydanı tərk edən Aqil Nəbiyevin zədəsi ciddidi.
Saytımıza açıqlamasında futbolçi özü də bunu təsdiqləyib: "Əzələmi dartmışam. Zədəm ciddidi. Növbəti turda oynayıb-oynamayacağıma isə müayinədən sonra aydinlıq gələcək".





