Ölkə futbolu

“Sumqayıt”dan “Neftçi”yə ikinci transfer

murad xacayev 1000x500 1 - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

“Neftçi” daha bir futbolçu ilə anlaşmaq üzrədir. Murad Xaçayev “Sumqayıt”dan paytaxt klubuna gələn ikinci oyunçu olacaq.

Futbolinfo.az xəbər verir ki, rəsmən açıqlanmasa da, Elvin Bədəlovun bakılılarla anlaşdığı bəllidir. “Ağ-qaralar” keçmiş oyunçusu ilə iki illik müqavilə bağlayacaq.

Murad da eyni müddət üçün razılaşıb. 27 yaşlı müdafiəçi bu səbəbdən 6 il oynadığı “kimyaçılar”la müqavilə müddətini uzatmayıb. Donetsk “Şaxtyor”unun yetirməsi “Sumqayıt”da rəhbərliyi altında oynadığı Samir Abasovun istəyi iə transfer olunur.

Shares: