Uzun müddətdi "İnter"də əsas heyətə düşə bilməyən Samir Zərgərov qış fasiləsində komandadan ayrıla bilər. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu ilə mövsümün sonuna qədər müqaviləsi olan yarımüdafiəçi icarə əsasında başqa komandada oynamaq istəyir.
Bunu saytımıza aşıqlamasında futbolçunun özü bildirib: "Baş məşqçinin mənə niyə şans vermədiyini bilmirəm. Məşqlərdə özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Amma hələ ki, məşqçinin başı oyunlara qarışıb deyə, onunla söhbət edə bilmirəm. Fasilənin başlamasını gözləyirəm. Yerli klublardan ciddi təkliflər almışam. Məşqçi ilə söhbətdən sonra bu məsələ həllini tapacaq. Oynamaq istəyirəm".





