“Nottingem Forest” “Bolonya”dan Dan Ndoyeni heyətinə qatıb.
Cinah oyunçusunun keçidi üçün İngiltərə təmsilçisi 40 milyon avro ödəyəcək. Bura bonus ödənişləri də daxildir. Məlumata görə bonusların maksimum həddi 5 milyon avrodur.
24 yaşlı futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalanıb.
İsveçrəli 2023-cü ilin yayından “Bolonya”da çıxış edirdi. Ümumilikdə onun İtaliya klubunda 75 matçı var.
Ötən mövsüm Den A Seriyasında 30 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.






