“Sky Sports”un verdiyi məlumata görə, “Nyukasl”ın hücumçusu Aleksandr İsak İspaniyanın “Real Sosyedad” klubunda fərdi məşqlərini davam etdirir. Xatırladaq ki, isveçli forvard əvvəllər bask komandasında çıxış edib.

Bir müddət əvvəl İsakın “Nyukasl”ın məşqinə gəlmədiyi və ünsiyyətini dayandırdığı bildirilmişdi. Daha sonra “Liverpul”un hücumçu ilə müqavilənin şərtlərini razılaşdırdığı məlum olub.

2024/2025 mövsümündə forvard 42 matçda iştirak edərək 27 qol vurub və 6 məhsuldar ötürmə edib. “Transfermarkt” portalına görə futbolçunun dəyəri 120 milyon avrodur.

Shares: