Bu gün İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılacaq. Azərbaycan təmsilçiləri “Araz-Naxçıvan” və “Sabah” komandaları da potensial rəqiblərini öyrənəcək.
Hazırda hər iki klub 3-cü təsnifat mərhələsindədir. “Araz-Naxçıvan” Kiprin “Omoniya”, “Sabah” isə Bolqarıstanın “Levski” klubu ilə qarşılaşacaq. Püşkatmada “Araz-Naxçıvan” – “Ominiya” cütü səpələnmişlər səbətində (Kipr təmsilçisinin yüksək reytinqinə görə), “Levski” – “Sabah” cütü isə səpələnməmişlər səbətində yer alacaq.
Püşkatmaasaat 16:00-da başlayacaq. Pley-off oyunları isə 21 və 28 avqustda keçiriləcək.






