Türkiyənin dörd böyük klubundan biri hesab olunan “Trabzonspor”da qaynar dəqiqələr yaşanır. Futbolinfo.az xəbər verir ki, Qaradəniz təmsilçisinin prezidenti İbrahim Hacıosmanoğlu həbs edilib.
 
Türkiyə mətbuatının verdiyi xəbərə görə, klub prezidenti İsveçrənin Nyon şəhərindəki Avroliqanın püşkatma mərasimindən Ankara qayıdan kimi hava limanında saxlanılıb.
 
Hacıosmanoğlunun həbsi ilə bağlı hər hansı açıqlama verilməsə də, onun qanundan kənar işlərlə məşğul olduğuna görə həbs edildiyi ehtimalı var.
Shares: