Futbol üzrə Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, bir oyundan ibarət bu mərhələdə 16 klub növbəti tura 8 vəsiqə uğrunda mübarizə aparır.
 
İlk oyun günündə bir qarşılaşma baş tutub. "Karabükspor"la "Elazigspor"un duelində əsas və əlavə vaxtda qalib müəyyənləşməyib. Belədə penaltilərə ehtiyac duyulub ki, daha dəqiq oynayan Elazığ təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.
 
Bu mərhələnin digər oyunları bu gün və sabah keçiriləcək.
 
Türkiyə Kuboku
5-ci təsnifat mərhələsi
17 dekabr
 
Karabükspor – Elazığspor – 1:1 (penaltilərlə 2:4)
 
18 dekabr
 
15:00. Tokatspor – Kayserispor
18:00. Əskişəhərspor – Fəthiyəspor
20:30. Qalatasaray – Balıkəsirspor
22:30. Bucaspor – Antalyaspor
 
19 dekabr
 
16:30. Sivasspor – Nazilli Bələdiyyəspor
19:00. Ərciyəsspor – Akhisar BS
22:00. Bursaspor – İnegölspor
Shares: