Bu gün Topaz Premyer Liqasında XIX tura yekun vurulur. Futbolinfo.az xəbər verir ki, AZAL doğma arenada “Qarabağ”ı 1:0 hesabı ilə üstələyib.
"AZAL Arena"dakı matçdan sonra açıqlama verən qonaq komandanın kapitanı – müdafiəçi Rəşad Sadıqov məğlubiyyəti belə şərh edib:
– Oyun bizim üçün pis alınmadı. İstədiyimiz hücumları qurduq, qol vəziyyətləri yaratdıq, təəssüf ki, bu şanslardan yararlana bilmədik. Rəqib bir səhvimizdən istifadə edib, qələbə qazandı.
– Süni ot örtüyü oyununuza təsir etdi?
– Bunu bəhanə gətirmək istəməzdim. Məğlub olduq, rəqibi təbrik edirəm.
– Bunu bəhanə gətirmək istəməzdim. Məğlub olduq, rəqibi təbrik edirəm.
– Hücumlarınızda son nöqtəni qoymaq olmurdu. Bunun səbəbi nədi?
– Bəli, çoxsaylı qol epizodları yaratdıq, lakin istifadə edə bilmədik.
– Bəli, çoxsaylı qol epizodları yaratdıq, lakin istifadə edə bilmədik.
– Qələbə üçün nə çatmadı?
– Qələbə üçün qol epizodlarından istifadə etmək çatmadı. Ümumi götürdükdə, oyunumuz yaxşı alındı. Son nöqtəni qoya bilmədik. 2 hücumçumuz da zədəlidi. Məcburiyyətdən hücumda Muarem oynayırdı.
– Qələbə üçün qol epizodlarından istifadə etmək çatmadı. Ümumi götürdükdə, oyunumuz yaxşı alındı. Son nöqtəni qoya bilmədik. 2 hücumçumuz da zədəlidi. Məcburiyyətdən hücumda Muarem oynayırdı.
– Muarem əvvəlki formasındadı?
– Tək Muarem yox, heç kim tam formada deyil. Fasilədən sonra tam formaya düşmək üçün 2-3 tur lazımdı.
– Tək Muarem yox, heç kim tam formada deyil. Fasilədən sonra tam formaya düşmək üçün 2-3 tur lazımdı.