Bu gün Topaz Premyer Liqasında XIX tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, “İnter” səfərdə “Zirə”yə 1:2 hesabı ilə uduzub.
Zirə İdman Kompleksinin stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Adil Şükürov qələbəni belə şərh edib:
“Dəstəyə görə azarkeşlərə təşəkkürümü bildirirəm. Bilirdik ki, çətin oyun olacaq. “İnter” bizə standart vəziyyətlərdə ağır anlar yaşatdı. Rəqibin oyununa bələd idik".
Şükürov yeni transfer Elvin Məmmədovun ilk rəsmi oyunda meydana çıxmasını şərh edib: “Elvin Məmmədovu tanıyırdıq. O, “Qarabağ”da oynayıb və milli komandanın üzvüdür. Onun qış hazırlığını necə keçdiyini bilirdik. Bizdən öncə “Qarabağ”ın düşərgəsində olub. Elvin meydana çıxmaq üçün hazır idi”.