AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Berti Foqtsun yenidən 2 il müddətinə milli komandamızın baş məşqçisi postunda qalmasına münasibət bildirib. Futbolinfo.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu qərarı gözləyirdim. Hiss olunurdu ki, Berti Foqtsla davam edəcəklər. Əvvələr də bildirmişdim ki, əcnəbi məşqçi ilə işləmək istəyirlərsə, Foqtsun qalması daha məsləhətdi. O, artıq Azərbaycan futboluna və mentalitənə bələd olan məşqçidi. Bu gün biz alman mütəxəssisə bu qədər etimad göstəririksə, yaxşı bir nəticə gözləməklə yanaşı, həm də bunu tələb etməliyik. Ən vacibi odu ki, Foqtsun potensialı imkan versin ki, yığma komandamız onun rəhbərliyi altında uğurlu nəticə əldə etsin. Fikrimcə, alman çalışdırıcının qarşısına qoyulan 20 gün Bakıda olmalıdı tələbi bir o qədər də önəmli deyil. Bu, ciddi şərt deyil. Foqtsun işi budu, o da öz işi ilə məşğul olmalıdı. Azərbaycanın marağı üçün əlindən gələni etməlidi".





