Topaz Premyer Liqasının 18-ci turunda "Rəvan"ın qonağı olacaq "Simurq" artıq Bakıya gəlir. Futbolinfo.az saytına klubun mətbuat xidmətindən verilən məlumatda komandanın yolda olduğu bildirilib.
Zaqatala təmsilçisi bu gün saat 16:00-da "Bayıl Arena"da məşqə çıxacaq. Daha sonra Georgi Çixradzenin yetirmələri istirahətə çəkilərək oyunun başlanma saatını gözləyəcək.
Qeyd edək ki, "Simurq" Bakıda "Montin" otelində məskunlaşacaq.






