Karl Etta Eyonq İspaniya və İngiltərə nəhənglərinin hədəfinə düşüb. 22 yaşlı oyunçunu “Real”, “Barselona”, “Mançester Yunayted” və “Mançester Siti” maraqlanır.
Futbolinfo.az xəbər verir ki, 22 yaşlı hücumçu əla mövsüm keçirir. O, “Levante”nin heyətində bu mövsüm 10 oyunda 6 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Kamerunlu hücumçu ötən ay “Vilyarreal”dan 3 milyon avroya transfer olunub. 2029-cu ilin yayınadək müqaviləsi olan Eyonqun dəyəri qısa müddətdə 7 dəfə artıb.






