“Real”ın hücumçusu Rodriqo Qoesin sağ dizində ön çarpaz bağı qopub. O, cari mövsümün qalan hissəsini, eləcə də 2026-cı il dünya çempionatını buraxacaq.
“Marca”nın məlumatına görə, braziliyalı futbolçu İspaniya liqasının 26-cı turunda “Xetafe”yə qarşı (0:1) matçda zədə alıb. Bu gün Rodriqo tibbi müayinədən keçib və nəticədə çarpaz bağın qopduğu aşkarlanıb.
Maraqlıdır ki, hücumçu zədəsinə baxmayaraq “Xetafe”yə qarşı oyunu davam etdirə bilib. Rodriqo 55-ci dəqiqədə “Santyaqo Bernabeu”da meydança daxil olub və matçın qalan hissəsində əvəz olunmayıb.






