Azərbaycanın 7 klubu 2026-27 mövsümünün startında UEFA reytinqində olacaq.

Futbolinfo.az saytının məlumatına görə, Premyer Liqa təmsilçilərindən “Şamaxı” siyahıda yer almayacaq. Çünki bölgə təmsilçisi son 5 il ərzində yalnız 2021-22 mövsümündə ölkənin aktivinə 1,5 əmsal yazdırıb. Növbəti mövsümün əvvəlində isə 5 il öncəki göstəricilər silinəcək. Bu səbəbdən reytinqdə mövsümü 8 klubla tamamlayan Azərbaycanın növbəti mövsüm 7 komandası cədvələ düşəcək.

Ən yüksək göstəriciyə malik təmsilçimiz “Qarabağ” bir pillə irəliləyərək mövsümə 59-cu yerdə başlayacaq. Digər 5 klub – “Sabah”, “Zirə”, “Araz-Naxçıvan”, “Sumqayıt” və “Qəbələ”də də irəliləyiş müşahidə olunacaq.

Yalnız “Neftçi” geriləyəcək. “Ağ-qaralar” 44 addımlıq geriləmə ilə yadda qalacaq.

Azərbaycan klubları UEFA reytinqində 2026-27 mövsümünə aşağıdakı yerlərdə başlayacaq:

59 (60). “Qarabağ” – 33.750 əmsal

206 (243). “Sabah” – 6.000

217 (256). “Zirə” – 5.500

275 (231). “Neftçi” – 4.000

293 (303). “Araz-Naxçıvan” – 3.712

293 (303). “Sumqayıt” – 3.712

293 (303). “Qəbələ” – 3.712

Qeyd: Mötərizədə klubların 2025-26 mövsümündəki mövqeləri göstərilib.

Shares: