Misli Premyer Liqasının cari mövsümündə ikinci hissənin bütün dəqiqələrində qol vurulub.
Futbolinfo.az saytının məlumatına görə, son olaraq 26-cı turun “Qarabağ” – “Karvan-Yevlax” görüşündə 48-ci dəqiqədə qol qeydə alınıb. Ağdam klubunun hücumçusu Kamilo Duran het-trik etməklə matçların ikinci hissəsindəki bütün dəqiqələrdə qol vurmaq statistikasını tamamlayıb.
“Qarabağ”ın kapitanı Abdullah Zubir isə bu mövsüm 43-cü dəqiqədə fərqlənən ilk oyunçu olub. Hazırkı məqamda 90 dəqiqədən 89-da komandalar mərkəzə dəvət olunublar. Yalnız qarşılaşmaların 10-cu dəqiqəsində heç kim fərqlənə bilməyib.
Ümumiyyətlə, cari mövsüm Premyer Liqada ən çox qol 79-cu dəqiqədə qeydə alınıb. Həmin dəqiqələrdə komandalar 10 dəfə fərqləniblər.






