Ceydon Sanço Dortmunda qayıda bilər. O, “Borussiya”nın yaxından izlədiyi futbolçulardandır.

Futbolinfo.az xəbər verir ki, bu barədə Almaniya klubunun icraçı direktoru Lars Rikken məlumat verib: “İl ərzində bir çox oyunçunu yaxından izləyirik. Onları diqqətlə analiz edir, bizə hansı yardımı edə biləcəklərini aydınlaşdırırıq. Onlardan biri də Sançodur”.

“Mançester Yunayted”ə məxsus olan hücumçu hazırda “Aston Villa”da icarədədir. 2017-21-ci illərdə “Borussiya”da çıxış etmiş Sanço Mançester klubuna 85 milyon avroya satılmışdı.

Shares: