Dünya şahmat tacı uğrunda görüşdə Qukeş Dommaracuya rəqib olacaq qrossmeysteri müəyyənləşdirən “İddiaçılar Turniri”ndə növbəti turun oyunları keçirilib.
Lider Sindarov qara fiqurlarla partiyada Karuana ilə xalları yarı bölüb.
Peyia, Kipr
11-ci tur
Aniş Giri (Niderland) – Andrey Yesipenko (Rusiya) 0,5:0,5
Hikaru Nakamura (ABŞ) – Vey Yi (Çin) 0,5:0,5
Fabiano Karuana (ABŞ) – Cavohir Sindarov (Özbəkistan) 0,5:0,5
Rameşbabu Praqnanandhaa (Hindistan) – Mattias Bluebaum (Almaniya) – 0,5:0,5
Turnir cədvəli: Sindarov – 8,5, Giri – 6,5, Karuana – 5,5, Bluebaum, Nakamura və Vey Yi – hərəyə 5, Praqnanandhaa – 4,5, Yesipenko – 4,5.






