Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv səfərdə Andorra ilə üz-üzə gələcək.

Qarşılaşma “Andorra la Vella” stadionunda, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Daha əvvəl Macarıstana uduzan (0:1) yığma Şimali Makedoniyanı (2:0) məğlub edib.

Xatırladaq ki, Azərbaycan millisi hazırda C Liqasının 3-cü qrupunda 3 xalla ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın 4, üçüncü sıradakı Şimali Makedoniyanın 3, sonuncu pillədəki Andorranın 1 xalı var.

Shares: