19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirəcək. Həbib Ağayevin baş məşqçisi olduğu komanda bu gün Çexiya ilə münasibətlərə aydınlıq gətirəcək.
Qarşılaşma Xorvatiyanın Luçko şəhərində, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
U-19 daha əvvəl Xorvatiyaya 6 cavabsız qolla uduzub.
Xatırladaq ki, Azərbaycan millisi aprelin 17-də Gürcüstanla üz-üzə gələcək.






