Milli Basketbol Assosiasiyası 2025-26 mövsümünün ən çox izlənilən oyunçularının siyahısını açıqlayıb.
“Los Anceles Leykers”in hücumçusu Lebron Ceyms 2,85 milyard baxışla siyahıya başçılıq edib. “San Antonio Spörs” komandasının mərkəz oyunçusu Viktor Vembanyama (2,43 milyard) və “Leykers”dən Luka Donçiç (2,11 milyard) da ilk üçlüyə daxil olub. “Qolden Steyt Vorriors”un hücumçusu Stiv Karri və “Denver Naggets”in ulduzu Nikola Yokiç ilk beşlikdə qərarlaşıblar.
Tam siyahı belədir:
1. Lebron Ceyms – 2,85 milyard
2. Viktor Vembanyama – 2,43 milyard
3. Luka Donçiç – 2,11 milyard
4. Stiv Karri – 1,87 milyard
5. Nikola Yokiç – 1,23 milyard
6. Şey Gilgs-Aleksander – 1,14 milyard
7. Kevin Dürant – 1.03 milyard
8. Entoni Edvards – 982 milyon
9. Kuper Fleqq – 963 milyon
10. Ostin Rivz – 696 milyon






