Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin ikinci oyunları keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, bu gün ilk olaraq “Xilasedici” “Murov Az Terminal”la üz-üzə gələcək.
Qarşılaşma saat 16:00-da start götürəcək.
Ardınca “Neftçi” və “Ordu” münasibətlərə aydınlıq gətirəcəklər. Bu görüş saat 18:00-da başlayacaq.
Oyunlar Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq. “Xilasedici” və “Ordu” ilk matçda 3:0 hesablı qələbəyə seviniblər.
Xatırladaq ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarətdir. İki qarşılaşmanın nəticəsinə görə komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün “qızıl set” oynanılacaq. Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.






