MBA-da pley-in mərhələsinin iki oyunu keçirilib.
“Filadelfiya Siksers” evdə “Orlando Mecik”ə qalib gələrək (109:97) pley-offa yüksəlib. Tayriz Maksi 31 xal toplayıb. Qonaq komandada Beyn 34 xalla oynayıb.
Digər oyun Los-Ancelesdə keçirilib. “Klippers” “Qolden Steyt Vorriors”a məğlub olub – 121:126. Oyunun qəhrəmanı 35 xal toplayan Stiv Karri olub.
Qələbə sayəsində “Vorriors” “Finiks Sans”la oynamaq hüququ əldə edib. Həmin görüşün qalibi pley-offa vəsiqə qazanacaq.






