Azərbaycan Basketbol Liqasından pley-off mərhələsində daha bir matç keçirilib.

Futbolinfo.az xəbər verir ki, NTD və “Neftçi” komandaları üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutan görüşdə “Neftçi” komandası 119:99 hesablı qələbə qazanıb.

NTD ilk dueldə qalib gəldiyi (97:94) üçün yarımfinala adlayan tərəf komandalar arasında keçiriləcək üçüncü görüşdə müəyyənləşəcək.

Shares: