Orta məsafələrə qaçışda çıxış edən portuqaliyalı atlet Etson Barros yol qəzasına düşüb.

“A Bola” qəzetinin məlumatına görə, hadisə 16-na keçən gecə baş verib.

İdmançı avtomobilin idarəetməsini itirərək Lissabon ətrafında qəzaya uğrayıb. Hadisə nəticəsində avtomobil aşıb. Xəstəxanaya yerləşdirilərkən atlet huşunda olub, lakin sonradan süni komaya salınıb. İdmançıda hər-hansı sümük sınığı aşkar edilməyib. Test nəticələri Etsonun spirtli içki qəbul etmədiyini göstərir.

Barros 3000 metr məsafəyə maneəli qaçış üzrə beşqat Portuqaliya çempionudur. Eyni yarışda o, 23 yaşa qədər idmançıların Avropa Çempionatında iki dəfə gümüş medal qazanıb.

Shares: