Misli Premyer Liqasında 28-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, turun mərkəzi oyununda “Qarabağ” lider “Sabah”ı sınağa çəkib. Çempionluq yolunda böyük önəm daşıyan bu görüşü Elçin Məsiyev idarə edib. Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
Daha öncə “Araz-Naxçıvan” “Turan Tovuz”a uduzub (0:3), “Zirə” – “Neftçi” matçında qalib müəyyənləşməyib (1:1), “Karvan-Yevlax” “Şamaxı”nı məğlub edib – 1:0. “Kəpəz” – “İmişli” və “Sumqayıt” – “Qəbələ” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
28-ci tur
18 aprel
“Qarabağ” – “Sabah” 0:1
Qol: Abdulla Xaybullayev, 45.
Qırmızı vərəqə: Abdulla Xaybullayev, 46.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.
Qarabağ: 99. Mateus Koxalski, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 9. Xoni Montiel, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah: 92. Stas Pokatilov (k), 6. Abdulla Xaybullayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydıyev, 5. Rəhman Daşdəmirov, 9. Xəyal Əliyev, 70. Jesse Sekidika, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos, 83. Stefan Ende.
Baş məşqçi: Valdas Dambrauskas.






