Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yerin sahibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bürünc medal uğrunda görüşdə “Neftçi” və “Murov Az Terminal” komandaları üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan qarşılaşma “Neftçi”nin qələbəsi ilə yekunlaşıb – 3:0 (25:17, 25:17, 25:13).
Saat 16:00-da final matçı baş tutacaq. “Xilasedici” və “Ordu” münasibətlərə aydınlıq gətirəcəklər.






