Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Futbolinfo.az xəbər verir ki, idmançı üçüncü yer uğrunda görüşdə belçikalı Mattias Kasseyə qalib gəlib.

Bununla da Tçkayev fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar.

Bu gün mübarizəyə qoşulan digər təmsilçilərimizdən Südabə Ağayeva (70 kq) 1/8 finalda Szofi Ozbas (Macarıstan), eyni mərhələdə Ömər Rəcəbli (81 kq) Vasiliye Qrujiçiç (Serbiya), Murad Fətiyev (90 kq) isə 1/16 finalda Aleks Çretə (Rumıniya) uduzaraq yarışı mükafatsız başa vurublar.

Shares: