Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasının qalibi bəlli olub.
Futbolinfo.az xəbər verir ki, final oyununda “Xilasedici” “Ordu” ilə üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzindəki qarşılaşma “Xilasedici”nin qələbəsi ilə yekunlaşıb – 3:1.
Beləliklə, komanda ölkə çempionu adına sahib çıxıb.
Xatırladaq ki, üçüncü yer uğrunda görüşdə “Neftçi” “Murov Az Terminal”ı üstələmişdi – 3:0.






