AzərlotereyaASC-nin sponsoru olduğu “DH Volley” (“Demirören Holdinq”) komandası qadın voleybolçuların Azərbaycan Yüksək Liqasının final mərhələsində uğurla çıxış edərək gümüş medal qazanıb. Qısa müddətdə formalaşmasına baxmayaraq komandanın əldə etdiyi bu nəticə sistemli hazırlıq, güclü komanda ruhu və davamlı dəstəyin uğurlu vəhdəti kimi qiymətləndirilir.

Final qarşılaşması Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib. Qızıl medal uğrunda keçirilən oyunda “DH Volley” komandası “Turan” komandası ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın nəticəsində “Turan” birinci yerə layiq görülüb, “DH Volley” ikinci yeri tutaraq gümüş medal qazanıb. Bürünc medala isə “Gəncə” komandası sahib olub.

Mükafatlandırma mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, Dövlət Gömrük Komitəsinin sədri, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, “Demirören Holdinq” qrupu İdarə Heyətinin sədri Yıldırım Demirören və digər rəsmi şəxslər iştirak ediblər.

Qaliblərə medal və kuboklar təqdim edilib, həmçinin liqanın ən yaxşı oyunçuları və rəmzi komandası açıqlanıb. Qadın voleybolçular arasında Yüksək Liqada fərqlənən oyunçular arasında “DH Volley”in üzvləri də yer alıb. “Ən yaxşı toppaylayıcı” Natalia Gajewska, “Ən yaxşı hücumçu” Alla Alekumova, “Ən yaxşı diaqonal oyunçu” isə Katerina Jidkova seçilib.

AVF prezidenti Şahin Bağırov Yüksək Liqada çıxış edən bütün idmançılara, Gənclər və İdman Nazirliyinə, eləcə də aidiyyəti qurumlara, azarkeşlərə, media nümayəndələrinə və sponsorlara, xüsusilə də “Demirören Holdinq” qrupu İdarə Heyətinin sədri Yıldırım Demirörenə Azərbaycan voleyboluna verilən böyük töhfəyə görə təşəkkür edib.

Mükafatlandırma mərasimində “Demirören Holdinq” qrupu İdarə Heyətinin sədri Yıldırım Demirören də “DH Volley” üzvlərini bu böyük uğur münasibətilə təbrik edərək qısa müddətdə əldə edilən müvəffəqiyyətin böyük zəhmətin və məqsədyönlü fəaliyyətin nəticəsi olduğunu bildirib.

Gələcək mövsümlərdə daha böyük uğurları hədəfləyən “DH Volley” komandası “Azərlotereya”nın sponsorluğu ilə yaradılıb. “Azərlotereya” gənclərin idmana və sağlam həyat tərzinə təşviqi, eləcə də müxtəlif idman növlərinin inkişafı istiqamətində bir sıra təşəbbüsləri dəstəkləyir. Şirkət “Misli Premyer Liqası” başda olmaqla futbol, voleybol və basketbol kimi idman növləri üzrə müxtəlif layihələr reallaşdırır. Bu çərçivədə şirkət ölkə voleybolunun inkişafına da töhfə verir.

Şirkət 2021-ci ildən “Demirören Holdinq”in idarəetməsinə verilib. Fəaliyyət göstərdiyi ölkələrdə idmanın inkişafına xüsusi diqqət ayıran “Demirören Holdinq” xüsusilə voleybolun dəstəklənməsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir. “DH Volley” komandasının əldə etdiyi uğur da bu dəstəyin və idmana yönəlmiş strategiyanın nəticələrindən biri kimi yüksək qiymətləndirilir.

0a000858 a9ae 42bb 80e1 5677ff85c49a - Futbolinfo.az
000e2c7f 00f0 448f 8a1e ad9ea47c89b3 - Futbolinfo.az
6d26f227 4a82 4362 8ccc c1a1d7b51130 - Futbolinfo.az
9a295c77 f61c 4496 928e 4755d42e4cad - Futbolinfo.az
4639ad4f af4c 437d 8477 52de1a332726 - Futbolinfo.az
c3dbf364 d77c 4076 8dcb 3b9c7f9e40c1 - Futbolinfo.az
c397eb60 dfc8 4bae a5d1 c8fa304fa6e7 - Futbolinfo.az
c80266bc 1d10 4060 9373 05686a74826d - Futbolinfo.az
d31df259 a23a 44e8 9100 dfa425c9c54b - Futbolinfo.az
de09cbc0 e391 4094 b124 44befc83eeba - Futbolinfo.az
eb9ef8dc 99c8 41a6 982d 98fa7a70d487 - Futbolinfo.az
fea91021 3323 40cb 8d36 3e3c67ee32f9 - Futbolinfo.az
Shares: