Qadın güləşi üzrə Avropa üçüncüsü Günay Qurbanova (59 kq) təəssüratlarını bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:

“Çox sevinirəm. Bu, mənim böyüklər arasında Avropa çempionatında ilk iştirakım idi. Özümdən qızıl medal gözləyirdim. Heyif ki, alınmadı. İnşallah ki, gələn il daha yaxşı olacaq. 15 saniyə qalmış qələbəni əldən verdim. Yəqin ki, təcrübəm çatmadı.

Olimpiya Oyunlarında iştirak etmək üçün 57 yoxsa 62 kq-a keçmək məsələsinə mən yox, Toğrul Əsgərov qərar verəcək. Hansı çəkini məsləhət bilsə, həmin çəkidə də güləşəcəyəm”.

Shares: