MBA-da bu gecə pley-of seriyasının 3-cü oyunları baş tutub.
“Hyuston Rokets” evdə keçirdiyi ilk oyunda da “Leykers”ə məğlub olub. 108:112. Los-Anceles komandası Lebron Ceymsin 29 xal və 13 ribaundu sayəsində overtaymda qələbə qazanaraq seriyada ümumi hesabı 3:0-a çatdırıblar. Oyunda ən məhsuldar isə türkiyəli Alperen Şengün olub. Onun aktivində 33 xal, 16 ribaund və 6 asist var.
Portlenddə keçirilən görüşdə “San Antonio Spörs” 120:108 qalib gələrək seriyada yenidən önə keçib.
“Boston Seltiks” isə Filadelfiyada qalib gəlməklə üstünlüyə yiyələnib. 100:108. Qonaq komandada Braun və Teytum hərəyə 25 xal toplayıblar.






