Basketbol üzrə Avroliqa turnirində “Monako” evdə “Barselona”ya qalib gələrək pley-off seriyasının son vəsiqəsini qazanıb. Knyazlıq klubu “Olimpiakos”la qarşılaşacaq.

Beləliklə liqanın 1/4 finalının cədvəli belədir:

Valensiya (2) – Panatinaikos (7);
Fənərbağça (4) – Jalgiris (5).

Bu komandalar aprelin 28 və 30-da, mayın 6, 8 və 12-də oynayacaq.

Olimpiakos (1) – Monako (8)

Bu komandalar aprelin 28 və 30-da, mayın 5, 7 və 12-də qarşılaşacaq.

Real Madrid (3) – Hapoel (6)

Bu komandalar aprelin 29-da, mayın 1, 5, 7 və 12-də üz-üzə gələcək.

Xatırladaq ki, Yunanıstanın “Olimpiakos” klubu 26 qələbə və 12 məğlubiyyət ilə ardıcıl ikinci il Avroliqanın müntəzəm çempionatında qalib olub.

Shares: