“Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan futbol tarixinə düşməyə yaxındır.
Futbolinfo.az saytı xəbər verir ki, bunun üçün paytaxt klubu Misli Premyer Liqasının qalibi olmalıdır.
Hazırda 72 xalla turnir cədvəlinə başçılıq edən qəsəbə təmsilçisi ən yaxın izləyicisi “Qarabağ”ı 13 xal qabaqlayır. Ağdam klubu bu gün təxirə salınmış oyunda “Neftçi”yə məğlub olsa, o zaman “Sabah” tarixində ilk dəfə Azərbaycan çempionluğunu rəsmiləşdirəcək. Belədə Pokatilov da Azərbaycan çempionu olan ilk qazaxıstanlı futbolçu ünvanına yiyələnəcək.
Qeyd edək ki, Stas Pokatilov 2025-ci ilin əvvəlindən “Sabah”da çıxış edir.






