“Barselona” Rafinyanı satmağa qərar verib. İspaniya nəhəngi braziliyalı ulduzundan narazıdır.
Əslində, kapitan uğurlu çıxış edir. Lakin onun tez-tez zədələnməsi, həm də yaşının çoxluğu katalonları ehtiyatlandırır. “Barselona” Rafinyanı yaxşı pul təklif edən müştərilərinin olduğu bir vaxtda satmaq, həm də maliyyə vəziyyətini düzəltmək niyyətindədir.
Hazırda Səudiyyə Ərəbistanından 3 klub Brazilya millisinin üzvünü almaq istəyir. Hücumçu şəxsi müqaviləsinin şərtlərini razılaşdıracağı təqdirdə mövsüm bitən kimi satıla bilər.
29 yaşlı oyunçu 4 il öncə “Lids”dən 58 milyon avroya transfer edilmişdi. “Barselona” ilə iki illik anlaşması qalan oyunçunun gazırkı dəyəri 80 milyon avrodur.






