“Qarabağ”ın futbolçusu Coni Montiel bu gün əməliyyat olunacaq.

Bu barədə Futbolinfo.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Klub rəsmisi bildirib ki, Misli Premyer Liqasının XXI turunun təxirə salınmış “Neftçi” ilə oyununun 39-cu dəqiqəsində rəqib futbolçu Emil Səfərovun kobud davranışından sonra zədələnərək birbaşa xəstəxanaya aparılan ispan futbolçunun barmağı qırılıb:

“Zədəsi ciddidir. Çeçələ barmağı qırılıb. Bu gün əməliyyat olunacaq. Minimum bir ay yaşıl meydanlardan kənarda qalacaq. Coni Montiel üçün mövsümün bitdiyini deyə bilərik”.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Shares: