Bu il Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan qran-prisi üçün könüllülərin qeydiyyatı başlayıb.
Bu barədə Futbolinfo.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Könüllülər üçün minimum yaş həddi 16 yaşdır.
Bildirilib ki, xarici dil biliklərinə malik namizədlərə seçim prosesində üstünlük veriləcək.
2025-ci ildə rekord sayda – 30 mindən çox müraciət qeydə alınıb, onlardan yalnız 2 min könüllü seçilib ki, bu da proqramın yüksək rəqabət səviyyəsini göstərir.
Qeyd edək ki, Azərbaycan qran-prisi sentyabrın 24-26-da baş tutacaq.






