Çimərlik futbolu üzrə Azərbaycan milli komandası mayın 4-dən 20-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçirəcək.
Futbolinfo.az xəbər verir ki, milli hazırlıq dönəmində – mayın 7-si və 9-da Qazaxıstan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.
Hər iki görüşün saat 18:00-da başlanması nəzərdə tutulur.
Yığmaya dəvət edilən oyunçuların adlarını diqqətinizə çatdırırıq:
Qapıçılar: Elçin Qasımov, Emil Omarov;
Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.






