“Vilyarreal” mövsümün sonunda baş məşqçisi Marselino Qarsiya Toralla yollarını ayıracaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İspaniya klubu 2023-cü ildən komandada işləyən 60 yaşlı mütəxəssislə əməkdaşlığı davam etdirməyəcək.

Xatırladaq ki, 2013-cü ildən 2016-cı ilədək “Vilyarreal”ın baş məşqçisi olmuş Marselino 2023-cü ildə kluba qayıtmışdı. O, klub tarixində ən çox oyun keçirən mütəxəssis olmaqla yanaşı, baş məşqçilər arasında qələbə rekorduna (145) da sahibdir.

“Vilyarreal” hazırda La Liqada 68 xalla üçüncü pillədə qərarlaşıb.

Shares: