“Mançester Siti”nin yarımmüdafiəçisi Tijani Reynders yay transfer pəncərəsində klubdan ayrıla bilər. Niderlandlı futbolçu “Siti”nin əsas heyətindəki yerini itirib və bu onun mümkün satışı ilə bağlı şayiələrə səbəb olub.
Sosial mediada yayılan xəbərlərə görə, “Real” yarımmüdafiədə gücləndirmə işləri aparmaq niyyətindədir və 27 yaşlı futbolçu üçün potensial namizədlərdən biridir. İngilis klubu yarımmüdafiəçi üçün təxminən 58 milyon avro tələb edir.
Reynders bu mövsüm Pep Qvardiolanın komandasında 45 oyun keçirib, yeddi qol vurub və səkkiz məhsuldar ötürmə edib. Ötən yay “Mançester Siti” oyunçunu “Milan”dan təxminən 55 milyon avroya alıb.






