Digər klubların marağına baxmayaraq, Rafinya “Barselona”da qalmaq istəyir.

Bir müddət əvvəl 3 Səudiyyə Ərəbistanı klubunun braziliyalı ilə maraqlandığı bildirilmişdi.

“AS” qəzetinin məlumatına görə, Rafinya “Barselona”da həm komanda, həm məşqçilər heyəti, həm də azarkeşlər tərəfindən dəstəkləndiyini hiss etdiyi üçün digər klubların təkliflərini nəzərdən keçirməyi planlaşdırmır.

“Barselona” da Rafinyanın qalmaq istəyindən xəbərdardır, lakin hazırda vəziyyəti qiymətləndirmək üçün cinah hücumçusu üçün təkliflər gözləyir. Lakin “blauqrana”nın transferlər vasitəsilə gəlir əldə etmək istəyinə baxmayaraq, cinah hücumçusunun satışı prioritet olan oyunçular arasında deyil.

Bu mövsüm Rafinya La Liqada 20 oyunda 11 qol vurub və 3 məhsuldar ötürmə edib.

Shares: