Kiprin “Pafos” klubunun qapıçısı Cey Qorter karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolinfo.az Niderland mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper “Qarabağ”ın maraq dairəsindədir.

Bildirilir ki, Qorterin mövsümün sonunda “Pafos”dan ayrılmaq ehtimalı yüksəkdir. Həm Kipr klubu, həm də niderlandlı futbolçu bu ayrılığa müsbət yanaşır. Lakin “Qarabağ”la  yanaşı, Niderland klubu “Qo Ehed İqlz” da Qorteri heyətinə qatmaq niyyətindədir.

Ölkəsinin U-21 millisinin sabiq üzvü daha çox öz ölkəsinin komandasına üstünlük verir. Çünki Qorter ilk klubu olan “Qo Ehed İqlz”də uğurlu çıxışla yadda qalıb. Erediviziya komandası əsas qapıçısı ilə vidalaşmağa hazırlaşır. “Pafos”un maliyyə tələbləri də yüksək olmadığından, bu transferin baş tutmaq ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Cey Qorter “Pafos”a ötən ilin yayında “Ayaks”dan keçib. Onun Kipr klubu ilə müqaviləsi 2028-ci ilə qədərdir.

Shares: