Mateuş Fernandeş “Mançester Yunayted”ə keçə bilər. 21 yaşlı mərkəz yarımmüdafiəçisi İngiltərə nəhənginin hədəfindədir.

Futbolinfo.az xəbər verir ki, “Vest Hem” portuqaliyalı oyunçusunu buraxmaq istəmir. Amma komanda Premyer Liqanı tərk etsə, Fernandeşi saxlamaq mümkün olmayacaq.

35 milyon avro dəyəri olan Mateuşun qiyməti xeyli azalıb. “Vest Hem” ötən yay onu “Sauthempton”dan 44 milyon avroya almışdı. Amma bu, oyunçunun yox, komandasının zəif çıxışı ilə bağlıdır. Hazırda autsayder olan londonlular elitada qalmaq uğrunda mübarizə aparır. Bunu bacarmasalar, 2030-cu ilədək müqaviləsi olan yarımmüdafiəçini satmalı olacaqlar.

Shares: