MBA-da pley-off seriyasının ikinci raunduna start verilib. Hər konfransda bir oyun keçirilib.
Qərbdə San-Antonio komandası evdə “Minnesota Timbervulvs”a məğlub olub – 102:104. Məğlubiyyətə baxmayaraq? Viktor Vembanyamanın göstəriciləri maraq doğurub. Fransız basketbolçu asist olmadan tripl-dabl edib. Onun aktivində 11 xal, 15 ribaund və 12 blok var.
Nyu-Yorkda isə meydan sahibləri uğur qazanıblar. “Niks” Filadelfiya təmsilçisini ilk oyunda darmadağın edib – 137:98. Ceylen Branson oyunu 36 xalla tamamlayıb.






